525.Az

DİM sədri: "Növbəti il üçün qəbul imtahanlarının vaxtı müzakirə edilir"


 

DİM sədri: "Növbəti il üçün qəbul imtahanlarının vaxtı müzakirə edilir"<b style="color:red"></b>

"Növbəti il üçün qəbul imtahanlarının vaxtı müəyyən olunmasa da, bu məsələ müzakirə edilir".

APA-nın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, 2020-ci ildə Bakı "Formula-1" yarışları ilə yanaşı, həm də futbol üzrə Avropa Çempionatı oyunlarına ev sahibliyi edəcək: 

"Ölkədə kütləvi tədbirlər keçirilən zaman kütləvi imtahanların da keçirilməsi çox mürəkkəb olur. Bakıda keçirilək tədbirlərin vaxtı müəyyən edildikdən sonra qəbul imtahanlarının da tarixlərini elan edə biləcəyik".

 





05.12.2019    çap et  çap et