525.Az

Dünyada 432-ci, Azərbaycanda 1-ci - UNEC


 

Dünyada 432-ci, Azərbaycanda 1-ci - UNEC<b style="color:red"></b>

“GreenMetric Ranking” metodologiyası dünyanın bir çox qabaqcıl universitetlərində müvəffəqiyyətlə tətbiq olunmaqdadır.

Reytinqin məqsədi akademik ictimaiyyətin diqqətini  ekoloji  problemlərin həllinə yönəltməkdir. Reytinqdə universitet kampuslarının  təbii mühitə münasibəti, enerjidən istifadə və onun iqlimə təsiri,  kampus ərazisində kağızlardan istifadənin azaldılması siyasəti, su resurslarından rasional qaydada  istifadə olunması, ali məktəb ərazisində nəqliyyatdan (ictimai, şəxsi avtomobillər  və  ya velosiped) istifadə, ekoloji problemlər üzrə tədris kurslarının təşkili, ekoloji problemlərin öyrənilməsinə yönəlik tədqiqatçılıq fondlarının olması, ekoloji problemlərə dair dərc olunmuş elmi məqalələrin sayı və s. əsas götürülür.

Beynəlxalq “GreenMetric Ranking” metodologiyasının UNEC-də tətbiq edilməsi barədə 831 saylı 2017-ci il tarixli əmr ilə tədbirlər planı hazırlanmışdır.

2019-cu ildə “GreenMetric Ranking” metodologiyasını tətbiq edən dünyanın universitetləri  arasında UNEC 432-ci yerdə qərarlaşıb. Bu göstərici üzrə UNEC Azərbaycan universitetləri arasında birinci, Türkiyə universitetləri arasında 17-ci yerdə qərarlaşıb.

 

 





05.12.2019    çap et  çap et