525.Az

Prezident Şamaxıda zəlzələdən ziyan çəkmiş ailələr üçün inşa edilmiş binada yaradılan şəraitlə tanış oldu


 

Prezident Şamaxıda zəlzələdən ziyan çəkmiş ailələr üçün inşa edilmiş binada yaradılan şəraitlə tanış oldu<b style="color:red"></b>

Dekabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şamaxı rayonunda zəlzələ nəticəsində ziyan çəkmiş ailələr üçün yeni inşa edilmiş 44 mənzilli yaşayış binasında yaradılmış şəraitlə tanış olub.

APA-nın xəbərin görə, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov dövlətimizin başçısına görülən işlər barədə məlumat verib.

Prezident İlham Əliyev Fərdar Həsənovun mənzilində yaradılan şəraitlə maraqlanıb.

Dövlətimizin başçısı çay süfrəsi arxasında ailə üzvləri ilə söhbət edib.

Fərdar Həsənov və anası Xuraman Həsənova göstərdiyi yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıq ediblər.

 





06.12.2019    çap et  çap et