525.Az

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi dünya miqyasında


 

QURUM ÇİNDƏ FƏALIYYƏTİNİ GÜCLƏNDİRİR

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi dünya miqyasında<b style="color:red"></b>

Azərbaycan elm və mədəniyyətinin görkəmli nümayəndəsi, dahi şair, mütəfəkkir Nizami Gəncəvinin irsinin araşdırılması və onun dünyada təbliğ olunması məqsədi ilə fəaliyyət göstərən Nizami Gəncəvi Beynəlxalq Mərkəzi bu gün dünyanın bir çox ölkələri ilə sıx münasibətlərə malikdir.

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Azərbaycan Prezidentinin 23 dekabr 2011-ci il sərəncamına əsasən dahi Azərbaycan şairinin 870 illik yubiley tədbirlərinin keçirilməsi çərçivəsində 30 sentyabr 2012-ci il tarixində şairin vətəni Gəncə şəhərində keçirilmiş xüsusi toplantıda təsis edilib. Mərkəz Azərbaycan Respublikasında təsis olunmasına baxmayaraq, qərarverici qurumu dünyanın nüfuzlu ictimai və siyasi xadimlərindən təşkil olunmuş Beynəlxalq İdarə heyətidir.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin əsas məqsədi müxtəlif xalqlar və mədəniyyətlərarasında dialoq, tolerantlıq və anlaşmanın təbliğ olunaraq Nizami Gəncəvinin əsərlərində təbliğ etdiyi ümumbəşəri dəyərlərin daha geniş miqyasda dünyada təbliğ olunmasıdır.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin müxtəlif hökumətlər, hökumətlərarası təşkilatlar və ictimai təşkilatlarla müxtəlif mövzularda sıx əməkdaşlıq etməkdədir.

Mərkəzin baş ofisi Bakı şəhərində (Azərbaycan) yerləşməsinə baxmayaraq, fəaliyyəti müxtəlif ölkələri əhatə edir. Hal-hazırda Mərkəzin həmsədrləri Latviyanın sabiq Prezidenti xanım Vaira Vike-Freiberqa və İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Seragəldindir.

Nizami Gəncəvi Beynəlxaq Mərkəzinin həmsədri xanım Vike-Freiberga bu barədə deyib: "Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qısa müddətdə fəaliyyət göstərməsinə baxmayaraq, XII əsr dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin qorunmasında və təbliğində mühüm rol oynamışdır. Biz qarşımıza böyük şairin əsərlərini bütün dünyada təbliğ etmək, tolerantlıq və qarşılıqlı anlaşma ideyalarını önə çəkmək məqsədi qoymuşuq. Beynəlxalq Mərkəzin fəaliyyətini təkcə regionda deyil, həm də bütün dünyada təbliğ etmək lazımdır. Mərkəzin tanınmış alimlər və görkəmli siyasi xadimlərdən ibarət idarə heyətinin üzvləri qarşılarına başqa nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlıq yaratmaq məqsədi qoymuşlar".

Gəncə Dövlət Filarmoniyasının yeni binasının açılışında iştirak edən Prezident İlham Əliyev şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirmişdir ki, bir çoxları Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dünya miqyasında nə qədər böyük rolu olacağını təsəvvür etmirdi: "Burada Nizami Gəncəvi Beynəlxalq Mərkəzi haqqında qeyd olundu. Bu da çox tarixi bir hadisədir. Çünki bu Mərkəzin yaradılması dünya miqyasında bir hadisə oldu. Biz bu Mərkəzi yaradarkən, əlbəttə, görürdük ki, bunun çox böyük gələcəyi var. Ancaq hesab edirəm, bir çoxları təsəvvür etmirdilər ki, bu Mərkəzin dünya miqyasında nə qədər böyük rolu olacaq".

İlham Əliyev əlavə edib ki, bu gün Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin xətti ilə keçirilən qlobal forumlar dünya miqyasında nadir beynəlxalq tədbirlərdir: "Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən Bakı Qlobal forumları keçirilib. Bu forumlarda həm onlarla fəaliyyətdə olan, həm də keçmiş dövlət və hökumət başçıları iştirak edirlər. Hər il bu Forum keçirilir və Forumun işində mən də iştirak edirəm. Mən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətini ən azı ildə bir dəfə qəbul edirəm. Həmişə onlara tövsiyə edirəm ki, mütləq Gəncəyə də gedin. Onlar dəfələrlə burada olublar və Gəncə haqqında onların təəssüratları çox müsbətdir".

Bu gün həqiqətən də Mərkəz beynəlxalq miqyasda mühüm rol oynamaqdadır. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Çin Xalq Respublikasında da fəaliyyətini gücləndirməkdədir.  Belə ki, Mərkəz Çinin Guandzhou şəhərində keçirilən "İmperial Spring - 2019" toplantısında tərəfdaş kimi çıxış edib. Toplantıda NGBM-nin həmsədri, Latviyanın sabiq Prezidenti xanım Vaira Vike-Freiberqa rəhbərliyi ilə Mərkəzin üzvü olan ondan çox sabiq ölkə və hökumət başçıları iştirak edib.

Multilaletarizm, BMT-nin Davamlı İnkişaf proqramı və Beynəlxalq qaydalara əsaslanan dünya nizamına həsr olunmuş konfransın açılışında Çin Xalq Respublikasının vitse-prezidenti Wang Qishan da iştirakçılardan olub. Tədbir çərçivəsində Çin Xalq Respublikasının Prezidenti Xi Jinping toplantıda iştirak edən sabiq ölkə və hökumət başçılarını qəbul edərək toplantı çərçivəsində qaldırılan məsələləri müzakirə edilib.

Görüş zamanı xanım Vaira Vike-Freiberqa Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin bu əməkdaşlığa qoşulmasının əhəmiyyəti, Mərkəz tərəfindən illik təşkil olunan Qlobal Bakı Forumunun artan Beynəlxalq nüfuzunu xüsusi olaraq vurğulayıb.

Mərkəzin üzvü Bosniya və Herseqovinanın sabiq Prezidenti Mladen İvanic isə "Bir Kəmər-Bir İpək" yol xətti, "17+1" layihələrinin Qafqazdan başlayaraq Şərqi-Avropa ölkələrinin inkişafına göstərdiyi önəmli dəstəyi və Azərbaycan Respublikası Prezidentinin dəstəyi ilə keçirilən Qlobal Bakı Forumları çərçivəsində mütəmmadi olaraq Çin ilə bağlı müzakirə və fikir mübadilələrinin aparılması mühüm rol oynayır.

PƏRVANƏ

 





07.12.2019    çap et  çap et