525.Az

Ərdoğan Ahısxa türkləri ilə görüşəcək


 

Ərdoğan Ahısxa türkləri ilə görüşəcək<b style="color:red"></b>

Ankarada Ahısxa türklərinin deportasiyasının 75-ci ildönümü qeyd ediləcək.

APA-nın Türkiyə bürosunun məlumatına görə, dekabrın 10-da Türkiyə Prezident Aparatı Kompleksinin Konqres və Mədəniyyət mərkəzində keçiriləcək tədbir Xaricdə Yaşayan Türklər və Qohum Cəmiyyətlər Təşkilatının (YTB) təşkilatçılığı ilə keçiriləcək.

Tədbirdə Dünya Ahısxa Türkləri Birliyinin (DATÜB) üzvləri, eləcə də deportasiya həyatı yaşayan Ahısxa türklərinin Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyədə məskunlaşan 30-dan çox nümayəndəsi iştirak edəcək. Tədbirdə sovet rejiminin  planına uyğun olaraq, Ahısxa türklərinin 14 noyabr 1944-cü ildə Gürcüstanın Ahısxa bölgəsindən deportasiya edilməsindən bəhs olunacaq.

YTB-dən verilən məlumatda bildirilib ki, tədbirdə “Dinməyən sızıltı: Sürgün” beynəlxalq rəsm müsabiqəsinin qalibləri prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən mükafatlandırılacaq.

 

 





09.12.2019    çap et  çap et