525.Az

İsrail Qəzza sektorunda hərbi əməliyyat aparmağa hazırlaşır


 

İsrail Qəzza sektorunda hərbi əməliyyat aparmağa hazırlaşır<b style="color:red"></b>

İsrail Baş Naziri Binyamin Netenyahu İsrail ordusuna Qəzza sektorunda mümkün hərbi əməliyyata hazırlaşmaq barədə göstəriş verib.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, B. Netenyahu bunu bu gün Nazirlər Kabinetinin iclasında bildirib.

İsrail və Qəzza sektorunun sərhədində növbəti atışma ötən gecə baş verib. Qəzza sektorundan 3 raketin buraxılmasından sonra İsrail ordusu HƏMAS-ın mövqelərinə hücum edib.

B. Netenyahu deyib ki, əgər atışma davam edəcəksə, HƏMAS-la hər hansı razılaşma olmayacaq:

“Əksinə, onlar hələ bizim gücümüzü hiss edəcəklər. Müdafiə naziri və İsrail ordusuna mümkün hərbi əməliyyata hazırlaşmaq barədə göstəriş vermişəm”.

 





09.12.2019    çap et  çap et