525.Az

Əbülfəs Qarayev: "Dövlət insanların yaradıcılıqla məşğul olmasına şərait yaratmalıdır”


 

Əbülfəs Qarayev: "Dövlət insanların yaradıcılıqla məşğul olmasına şərait yaratmalıdır”<b style="color:red"></b>

"İstehsalata qoyulan vəsait müəyyən vaxtdan sonra mütləq geri qayıdır. Mədəniyyətə, insan zehninə, yaradıcılıq potensialına qoyulan sərmayə isə hansısa vaxt və meyarlarla ölçülməməlidir, bunlar fərqləndirilməlidir".

APA-nın məlumatına görə, bunu "Yaradıcı sənayelər: dayanıqlı inkişaf və məşğulluq üçün yeni imkanlar" nazirlər panelində çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev bildirib.

Onun sözlərinə görə, 100 min uşaq rəsm dərnəklərinə gedir, dövlət onları dəstəkləyir. Onlardan 1 və ya 10 nəfər Tahir Salahov çıxır:

“Tahir Salahovun yaratdığı əsərlər Azərbaycanın tanıdılmasına qoyulan sərmayə baxımından hansı vahidlə ölçülə bilər? Ona görə burada çox ciddi ikitərəfli proses getməlidir. Dövlət, cəmiyyət şərait yaratmalıdır ki, insanlar yaradıcılıqla məşğul olsunlar. Gəlir isə istehsal məsələsidir. Sözsüz ki, burada yeni meyarlar, ölçülər olmalıdır".

 





09.12.2019    çap et  çap et