525.Az

İstanbulda 32-ci beynəlxalq kitab sərgisi çərçivəsində tədbirlər keçirilib


 

İstanbulda 32-ci beynəlxalq kitab sərgisi çərçivəsində tədbirlər keçirilib<b style="color:red"></b>

Xəbər verdiyimiz kimi, İstanbulda TÜYAP sərgi və konqres mərkəzində Türkiyədən və dünyanın bir çox ölkəsindən 700 nəşriyyatın iştirakı ilə 32-ci beynəlxalq kitab sərgisi keçirilir. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ilə ölkəmizin İstanbuldakı baş konsulluğunun təşkil etdikləri və ulu öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyəti, Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlardan bəhs edən kitablar, klassiklərimizin, müasir yazıçı və şairlərimizin 245 əsərinin təqdim olunduğu stend sərgiyə gələnlərin böyük marağına səbəb olub.

Sərgi çərçivəsində Azərbaycan ədibləri və ədəbiyyat tənqidçilərinin iştirakı ilə "Sözün iki qanadı-Məhsəti Gəncəvi, Nigar Rəfibəyli" mövzusunda konfrans keçirilibr. Çıxış edən Xalq yazıçısı Anar, AMEA-nın müxbir üzvü Rafael Hüseynov və Milli Məclisin deputatı Qənirə Paşayeva XII əsrdə yaşamış görkəmli Azərbaycan şairəsi Məhsəti Gəncəvidən XX əsr poeziyamızın tanınmış nümayəndəsi Nigar Rəfibəyliyə qədər olan dövrdə qadın nəzminin keçdiyi yoldan bəhs ediblər. Qeyd olunub ki, 2013-cü ildə UNESCO Baş Konfransının 36-cı sessiyasında Məhsəti Gəncəvinin 900 illik yubileyinin dünya səviyyəsində qeyd edilməsi haqqında qərar qəbul edilib. Doqquz əsrlik fərqlə yaşayıb-yaratmış hər iki şairənin əsərlərində qadın ləyaqəti və hüquqları da geniş yer alıb.

Konfransdan sonra muğam üçlüyünün konserti olub.

Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov və Azərbaycan mədəniyyət və turizm nazirinin müavini Vaqif Əliyev tədbirlərdə iştirak ediblər.

 





07.11.2013    çap et  çap et