525.Az

Fövqəladə Hallar nazirinin müavini yanğın baş verən ərazidə


 

Fövqəladə Hallar nazirinin müavini yanğın baş verən ərazidə<b style="color:red"></b>

Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev Bakının Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında yanğın baş verən əraziyə gəlib.

APA-nın müxbiri hadisə yerindən xəbər verir ki, nazir müavini vəziyyətlə tanış olub, yanğının qarşısının alınması üçün müvafiq tapşırıqlarını verib.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda “EuroHome” tikinti materialları bazarı ərazisində yanğın olması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. "Çağırış 3" elan edilib. Yanğını söndürmək üçün Fövqəladə Hallar Nazirliyinin 3 helikopteri cəlb olunub.

Yanğın zamanı 2 nəfər zəhərlənib.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

 





10.12.2019    çap et  çap et