525.Az

Ərdoğan Türkiyənin “S-400”dən imtina etməyəcəyini açıqladı


 

Ərdoğan Türkiyənin “S-400”dən imtina etməyəcəyini açıqladı <b style="color:red"></b>

 “Türkiyə ABŞ-ın “Patriot” zenit-raket sistemlərini almaq üçün Rusiyanın “S-400” hava hücumundan müdafiə kompleksindən imtina etməyəcək”.

APA “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TRT-də yayımlanan müsahibəsində deyib.

"Patriot”a görə “S-400”dən imtina edə bilmərik. Bu səhifə bağlandı. Ancaq ABŞ bizə uyğun şərtlər təklif edərsə, onların da sistemlərini alacağıq. Çünki hava hücumundan müdafiə sistemlərimizi diversifikasiya etmək istəyirik" - deyə, Ərdoğan bildirib.

 





10.12.2019    çap et  çap et