525.Az

Tina Kandelaki Gürcüstanın baş nazirinin müavini ola bilər


 

Tina Kandelaki Gürcüstanın baş nazirinin müavini ola bilər<b style="color:red"></b>

Tanınmış rusiyalı aparıcı Tina Kandelakiyə Gürcüstanın yeni hökumətində baş nazirin müavini vəzifəsi təklif edilib.

ANS PRESS-in məlumatına görə, bu barədə məlumatı RBK agentliyi Gürcüstanın yeni Nazirlər Kabinetindəki mənbələr verib. Məlumata görə, Tina Kandelakiyə baş nazirin müavini, eləcə də, rabitə və kütləvi kommunikasiya naziri postu təklif edilib. Yaxın vaxtlarda tanınmış aparıcı Tiflisə gedəcək və Bidzina İvanişvili ilə danışıqlar aparacaq.

Teleparacısının mətbuat xidməti xəbəri nə təsdiq, nə də təkzib edib. Gürcüstan tərəfi də məsələni şərh etməyib.

Tina Kandelakinin özü Twitter səhifəsində xəbərlərə münasibət bildirib: “Bir daha izah edirəm. Mənim Gürcüstan vətəndaşlığım yoxdur. Axmaq şayiələrə inanmayın. Mən böyük məmnuniyyətlə Gürcüstan üçün çox işlər görəcəm. Bunun üçün vəzifə lazım deyil. İstək lazımdır və o var”.

Tina Kandelaki Tiflisin yetirməsidir. O, Gürcüstanın tarixi vilayəti İmeretidən olan Kandelaki nəslinin nümayəndəsidir. Bidzina İvanişvili və baş nazirin müavini vəzifəsinə namizəd göstərilən “İnter”in keçmiş oyunçusu Kaxa Kaladzenin də əsli həmin bölgədəndir. Bundan başqa, Tina Kandelaki uzun müddətdir Kaxa Kaladze ilə dostluq edir. O, son vaxtlar Mixail Saakaşvilinin barışmaz tənqidçisi kimi də tanınır.

 





12.10.2012    çap et  çap et