525.Az

WADA-nın İdmançılar Komissiyası Rusiyanın yarışlardan tamamilə kənarlaşdırılmasını istəyir


 

WADA-nın İdmançılar Komissiyası Rusiyanın yarışlardan tamamilə kənarlaşdırılmasını istəyir<b style="color:red"></b>

Ümumdünya Antidopinq Agentliyinin (WADA) Rusiyaya tətbiq etdiyi cəza ilə bağlı İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət oluna bilər.

Apasport.az saytının məlumatına görə, Rusiya atletlərinin 4 il müddətində milli bayraq altında çıxış etmək hüququndan məhrum olunması ilə barədə qərardan şimal qonşularımız deyil, WADA-nın İdmançılar Komissiyası şikayət edəcək.

Komissiya üzvləri bu gün keçiriləcək yığıncaqda apelyasiya məsələsini müzakirə edəcək. Adıçəkilən qurum WADA-nın sanksiyasının yüngül olduğu qənaətindədir.

İdmançılar Komissiyası cəzanın daha da sərt olmasını tələb edir. Onlar rusiyalı idmançıların neytral bayraq altında da çıxış etməsinə qadağa qoyulmasını, böyük yarışlardan tamamilə kənarlaşdırılmasını istəyir.

 





11.12.2019    çap et  çap et