525.Az

"Çevik idarəetmənin tətbiqi üçün dolğun statistik məlumatlara ehtiyac var"


 

"Çevik idarəetmənin tətbiqi üçün dolğun statistik məlumatlara ehtiyac var"<b style="color:red"></b>

"İnformasiya cəmiyyətinin dəqiq dəyərləndirilməsi, çevik idarəetmənin tətbiqi üçün dolğun statistik məlumatlara ehtiyac var".

APA-nın məlumatına görə, bunu Rəsmi statistik məlumatların istehsalında İKT və kadr potensialının gücləndirilməsi ilə bağlı Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi və Koreya Statistika Komitəsinin birgə konfransında çıxış edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə bildirib.

Onun sözlərinə görə, bu məlumatlar əsasında yeni sosial-iqtisadi kurs müəyyən olunur.  Nazir qeyd edib ki, rəqəmsallaşdırma erasında statistik informasiyanın idarə olunmasını müasir texnologiyaların dəstəyi olmadan təsəvvür etmək olmaz: "İnformasiya texnologiyaları statistik informasiyanın idarə olunmasının bütün mərhələlərində - toplanma, emal və yayılma prosesində tətbiq olunur və Nazirlik bu prosesdə aktiv iştirak edir. Nazirlik dövlət qurumlarının məlumat bazalarının Statistika Komitəsinin statistik bazasına inteqrasiyasına dəstək verir. Dövlət Statistika Komitəsinin informasiya sistemlərinin Nazirliyin DATA mərkəzində yerləşdirilməsi nəzərdə tutulub”.

Nazir onu da əlavə edib ki, son illər digər qurumlarda olduğu kimi, statistika qurumlarında da irihəcmli məlumatlara böyük maraq müşahidə olunur: “Beynəlxalq Telekommunikasiya İttifaqı “İnformasiya cəmiyyətinin ölçülməsində irihəcmli məlumatlar” adlı layihə həyata keçirilir. Sevindirici haldır ki, ölkəmizdə bu istiqamətdə işlər görülür. Prezidentin sərəncamı ilə təsdiq edilmiş “2018-2025-ci illərdə Azərbaycan statistikasının rəsmi inkişafına dair Dövlət Proqramı”nda da irihəcmli məlumatların rəsmi statistik məlumatlar kimi istifadə edilməsində beynəlxalq təcrübənin öyrənilməsi nəzərdə tutulub. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi də əsas icraçılar sırasındadır. İrihəcmli məlumatların rəsmi statistika üçün istifadəsinə görə bir sıra hüquqi, texniki, metodoloji addımlar atılmalıdır”.

 





11.12.2019    çap et  çap et