525.Az

ATƏT-in baş katibi “dondurulmuş” münaqişələrin həllində irəliləyişin olduğunu qeyd edib


 

ATƏT-in baş katibi “dondurulmuş” münaqişələrin həllində irəliləyişin olduğunu qeyd edib<b style="color:red"></b>

ATƏT-in baş katibi Lamberto Zanyer “dondurulmuş” münaqişələrin həlli prosesində müsbət dəyişikliklərin baş verdiyini hesab edir.

APA-nın verdiyi xəbərə görə, bu fikri Lamberto Zanyer “İTAR-TASS”a müsahibəsində bildirib.  
 
Onun sözlərinə görə, Ermənistan və Azərbaycan prezidentləri arasında görüşün keçirilməsinə dair razılaşmanın əldə olunması mühüm addım olub.
 
“Biz Dağlıq Qarabağ münaqişəsinin tərəfləri ilə müzakirələr aparırıq. Hazırda Azərbaycan və Ermənistan  prezidentləri arasında görüşün baş tutması üzərində işləyirik. Ümid edirəm ki, bu görüş ilin sonunadək baş tutacaq”, deyə o vurğulayıb.
 
“ATƏT-in vəzifəsi tərəflərin siyasi tənzimləmə yolu ilə irəliləmək niyyətini dəstəkləmək və digər alternativləri nəzərə almamaqdan ondan ibarətdir”, deyə Zanyer qeyd edib.

 





08.11.2013    çap et  çap et