525.Az

Böyük Britaniyada növbədənkənar parlament seçkiləri keçirilir


 

Böyük Britaniyada növbədənkənar parlament seçkiləri keçirilir<b style="color:red"></b>

Bu gün Böyük Britaniyada növbədənkənar parlament seçkiləri keçirilir.

APA-nın Böyük Britaniya bürosunun verdiyi xəbərə görə, səsvermə yerli vaxtla səhər saat 7:00-dən axşam 22:00-dək davam edəcək. Cavabların növbəti günün səhər saatlarında açıqlanması gözlənilir. Ümumilikdə isə 650 seçki dairəsi üzrə parlamentə üzv seçiləcək.

Ölkədə ümumi elektorat 46 milyon civarındadır, 40 min seçki məntəqəsi var.

Qeyd edək ki, bu, 1923-cü ildən bəri dekabrda keçirilən ilk seçkilərdir.

 





12.12.2019    çap et  çap et