"Gürcüstanda fəaliyyət göstərən Azərbaycandilli məktəblərdə kadr təyinatı məsələsi Təhsil Nazirliyinin diqqətindədir".
"Report" xəbər verir ki, bunu Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva jurnalistlərə açıqlamasında deyib.
O xatırladıb ki, eyni zamanda, həmin məktəblərdə təhsil alan şagirdlərin dərsliklərlə təmin olunmasını Təhsil Nazirliyi öz üzərinə götürüb.