525.Az

Gürcüstan parlamentində insident: 4 nəfər xəsarət aldı - Yenilənib


 

Gürcüstan parlamentində insident: 4 nəfər xəsarət aldı - <b style="color:red">Yenilənib </b>

Gürcüstan parlamentində baş vermiş insident nəticəsində 4 nəfər xəsarət alıb

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə parlamentin İnsan hüquqları və vətəndaş inteqrasiyası komitəsinin sədri Sopo Kiladze məlumat verib. 

O qeyd edib ki, onlardan iki nəfəri millət vəkili, iki nəfər isə parlamentin işçiləridir. Onlardan bir nəfəri artıq xəstəxanaya aparılıb.

*** 14:24

Müxalif partiyalardan olan iki millət vəkili Gürcüstan parlamentinin iclas zalına mənşəyi məlum olmayan kəskin qoxulu maye səpiblər.

APA-nın Gürcüstan bürosunun xəbərinə görə, bundan sonra çoxluq təşkil edən millət vəkilləri iclasa fasilə verilməsini tələb ediblər.

Mayenin kəskin qoxusu səbəbi ilə bəzi millət vəkillərinin halı pisləşib, onlara təcili tibbi yardım çağırılıb.

Hadisəyə görə məsuliyyəti parlament binasının qarşısında keçirilən etiraz aksiyalarının təşkilatçısı olan “Utanc” hərəkatı öz üzərinə götürüb.

 





12.12.2019    çap et  çap et