525.Az

Rusiya XİN Qarabağ münaqişəsi haqqqında: "Əlimizdən gələni edəcəyik ki..."


 

Rusiya XİN Qarabağ münaqişəsi haqqqında: "Əlimizdən gələni edəcəyik ki..."<b style="color:red"></b>

“Biz tərəflərin dialoqun gələcəyi haqqında baxışlarının uyğunsuzluğu və ya mümkünsüzlüyünü qeydə almamışıq. Məncə, tərəflər də bu barədə danışmayıblar. O ki qaldı mövqelərin fərqliliyinə, bu, aydın məsələdir. Əks təqdirdə danışıqlar prosesi olmazdı".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu bu gün keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu ayın əvvəlində Bratislavada ATƏT XİN başçıları Şurasının iclası çərçivəsində Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşünə münasibət bildirərkən deyib.

"Biz öz tərəfimizdən həlli gecikən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması naminə vasitəçi kimi bu dialoqun davam etdirilməsinə hər cür yardımı göstərəcəyik. Əlimizdən gələni edəcəyik ki, dialoq konstruktiv şəkildə davam etdirilsin və tərəflər qarşılıqlı məqbul həllə gəlib çıxa bilsinlər", - deyə Rusiya XİN rəsmisi bildirib.

 





12.12.2019    çap et  çap et