525.Az

“Qadın resurs mərkəzlərinin fəaliyyəti nəticəsində 200-dən artıq qadın öz biznesinə başlayıb”


 

“Qadın resurs mərkəzlərinin fəaliyyəti nəticəsində 200-dən artıq qadın öz biznesinə başlayıb”<b style="color:red"></b>

"Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məqsədi Azərbaycanda dövlət qadın siyasətinin həyata keçirilməsidir".

APA-nın məlumatına görə, bunu qadın sahibkarlar üçün akselerator proqramının təqdimatında çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova bildirib.

Onun sözlərinə görə, iqtisadi azad qadın heç bir şeydən qorxmur, inamla öz hüquqlarını qoruyur:

“Regionlarda yaradılan qadın resurs mərkəzləri sosial cəhətdən zəif olan, boşanan və məişət zorakılığına məruz qalan qadınları iqtisadi maarifləndirməklə məşğul olub, onlara biznes bacarıqlarını öyrədir. Sonra biz onlara şans veririk ki, öz biznes planlarını yazıb fəaliyyətə başlasınlar".

Komitə səfirinin müavini qeyd edib ki, hər bir qadının daxilində bacarıq var, ona görə də qadınlardakı bacarığı görmək, tapmaq üçün təşkilatlara ehtiyac var:

“9 rayonda mövcud olan qadın resurs mərkəzlərinin fəaliyyəti nəticəsində 200-dən artıq qadın öz biznesinə başlayıb. Bu gün Azərbaycanda qadınların öz bizneslərini başlaması üçün imkanlar var. İnsanlara sadəcə bunu göstərmək lazımdır".

 





13.12.2019    çap et  çap et