525.Az

Avropada köhnə "Hürrəm"i istəyirlər


 

Avropada köhnə "Hürrəm"i istəyirlər<b style="color:red"></b>

Rumıniyanın millət vəkili Firzak George Türkiyədə yayımlanan "Möhtəşəm yüz il" teleserialından danışıb.

Axşam.az xəbər verir ki, George vətənində bu serialın böyük maraqla izləndiyini bildirib:

"Rumıniyada türk filmlərinə maraq böyükdür. Xüsusilə, "Möhtəşəm yüz il"i hər kəs sevir. Şəxsən mən də çərşənbə günləri Osmanlıdan bəhs edən bu filmi izləməyə çalışıram. Məryəm Üzərlinin serialdan ayrılmasına görə çox təəssüfləndik. Amma yenə də filmi seyr etməyə davam edirik."

Qeyd edək ki, Məryəm Üzərli "Möhtəşəm yüz il"də Hürrəm Sultan obrazını ifa edirdi.

 





08.11.2013    çap et  çap et