525.Az

Türkiyə ədliyyə naziri: “ABŞ Senatının qərarını tanımırıq"


 

Türkiyə ədliyyə naziri: “ABŞ Senatının qərarını tanımırıq"<b style="color:red"></b>

Türkiyənin Ədliyyə naziri Əbdülhəmid Gül ABŞ Senatının 1915-ci il hadisələrini “erməni soyqırımı” olaraq xarakterizə edən qanun layihəsini qəbul etməsinə münasibət bildirib.

APA-nın “haberler.com” saytına istinadən verdiyi xəbərə görə, Van şəhərində keçirilən tədbirdə çıxış edən nazir deyib ki, ABŞ Senatının məlum qərarı Türkiyə hökuməti və xalqının gözündə yox səviyyəsindədir.

“Məlum qərarı nə hüquqi, nə siyasi, nə də tarixi olaraq tanıyırıq. Tarixin və hüququn siyasiləşdirilməsi heç bir millətə, heç bir ölkəyə fayda gətirə bilməz. 1915-ci il hadisələri ilə bağlı arxivləri açmaq barədə fikirlərimizi dəfələrlə ən yüksək səviyyədə bildirmişik və bu mövzuda elm adamları ilə birgə hər cür diskussiyaya açığıq. Soyqırımı törətməyən yeganə millət türk millətidir”, - deyə nazir vurğulayıb.

Xatırladaq ki, ABŞ Senatı 1915-ci il hadisələrini “erməni soyqırımı” olaraq xarakterizə edən qanun layihəsini qəbul edib. Dördüncü dəfə səsə qoyulan qanun layihəsini yekdilliklə qəbul olunub. Qanun layihəsi daha əvvəl Nümayəndələr Palatasında 11 səsə 405 səslə qəbul edilib, lakin Senat tərəfindən üç dəfə ləğv edilib. Bu dəfə isə təsdiqlənib.

 





13.12.2019    çap et  çap et