525.Az

İranda poçt bağlamalarının çatdırılmasında PUA-lardan istifadə olunacaq


 

İranda poçt bağlamalarının çatdırılmasında PUA-lardan istifadə olunacaq<b style="color:red"></b>

İranda uzaq və dağlıq ərazilərə poçt bağlamalarının çatdırılması pilotsuz uçuş aparatları (PUA) vasitəsilə həyata keçiriləcək.

APA-nın Tehran bürosunun xəbərinə görə, bu barədə İranın Rabitə və İnformasiya Texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhromi bildirib.

O deyib ki, dərman vasitələrinin xəstəxanalara sürətli çatdırılmasında da PUA-ların xidmətlərindən istifadə olunacaq.

Nazir qeyd edib ki, dünyanın çox az ölkəsində bu təcrübədən istifadə olunur.

 





13.12.2019    çap et  çap et