525.Az

"Qəlblərdə əbədiyaşar şəxsiyyət” adlı tədbir keçirildi


 

"Qəlblərdə əbədiyaşar şəxsiyyət” adlı tədbir keçirildi<b style="color:red"></b> Ümummilli lider Heydər Əliyevin Anım Günü münasibətilə məktəbin coğrafiya müəllimi  Elmira İsayevanın rəhbərlik etdiyti 7 “B” sinfi “Qəlblərdə əbədiyaşar şəxsiyyət” adlı tədbir hazırlayıb nümayiş etdirdilər.

Tədbir Azərbaycan Dövlət himni ilə açıldı. Aparıcılar bu böyük şəxsiyyətin  həyatı və fəaliyyəti haqqında məlumatlar söylədilər.

Sonra Heydər Əliyevdən bəhs edən teleçarx nümayiş olundu. Şagirdlərdən ibarət xor musiqisi məktəbimizin musiqi müəllimi Xanım Zeynalovaya aid olan “Ulu bir səkərdə, ulu bir öndər”,”Uşaqların əziz dostu”,”Azərbaycan oğluyam” mahnılarını ifa etdilər.

Mahnıdan sonra şagirdlər  Heydər Əliyevə həsr olunmuş şeirlər söylədilər.

Tədbir “Heyratı” ilə sonlandı.Məktəbin direktoru Nailə Muradova bu dahi şəxsiyyətin – Heydər Əlirza oğlu Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdən danışaraq  onun müasir Azərbaycanımızın qurucusu, memarı olduğunu bildirdi. Nailə xanım onu da qeyd etdi ki, hamılıqla hörmətli prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşərək azad ölkəmizin müstəqilliyini qoruyacaq, işğal altında olan torpaqlarımızı geri alacağıq.
 





13.12.2019    çap et  çap et