525.Az

Çavuşoğlu: "ABŞ-dan "Patriot" sistemini almağa hazırıq"


 

Çavuşoğlu: "ABŞ-dan "Patriot" sistemini almağa hazırıq"<b style="color:red"></b>

“Türkiyə ABŞ-a “Patriot” hava hücumundan müdafiə sistemlərini Ankaraya satmağı təklif edib və buna cavab gözləyir”. 

APA-nın RİA Novoti-yə istinadən xəbərinə görə, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Qətərdə xarici işlər nazirlərinin Doha forumunda bildirib.

Onun sözlərinə görə, Türkiyə hələ də ABŞ-ın onun müttəfiqi olduğuna inanır:

“İnanırıq ki, biz yenə də müttəfiq olaraq qalırıq. Heç kim Rusiya ilə “S-400”lərin alışı ilə bağlı imzalanmış müqaviləni ləğv edə bilməz. Rusiyanın təklifi daha sərfəli idi və biz bunu qəbul etdik. Hazırda isə ABŞ-dan “Patriot” sistemini almağa hazırıq, buna cavab gözləyirik".

M. Çavuşoğlu qeyd edib ki, ABŞ “S-400”lərin alışına görə sanksiyalar qəbul edəcəyi təqdirdə Türkiyə ona cavab verməyə məcbur olacaq.

 





14.12.2019    çap et  çap et