525.Az

Ermənistan parlamentinin vitse-spikeri: “Dağlıq Qarabağ bizim vətənimizin bir parçasıdır”


 

Ermənistan parlamentinin vitse-spikeri: “Dağlıq Qarabağ bizim vətənimizin bir parçasıdır”<b style="color:red"></b>

“Ermənilər Dağlıq Qarabağda yaşayıblar, yaşayırlar və yaşayacaqlar. Çünki Dağlıq Qarabağ bizim vətənimizin bir parçasıdır”.

APA-nın “Armenia Today”ə istinadən xəbərinə görə, bunu Ermənistan parlamentinin vitse-spikeri, hakim Respublika Partiyasının Eduard Şarmazanov deyib.
 
Ermənistan-Türkiyə münasibətlərinə toxunan E.Şarmazanov qeyd edib ki, bu məsələdə qəbuledilməz məqamlar var: “Ermənistan-Türkiyə münasibətlərini Dağlıq Qarabağ nizamlaması ilə əlaqələndirmək qəbuledilməzdir”.

 





08.11.2013    çap et  çap et