525.Az

Beren Saat Bakıya gələsi olmadı


 

Beren Saat Bakıya gələsi olmadı<b style="color:red"></b>

Türkiyəli aktrisa Beren Saatın baş rolunu ifa etdiyi “Mənim dünyam” filminin noyabrın 15-dən etibarən Azərbaycanda da nümayiş olunacağı haqda xəbər vermişdik.

Axşam.az-ın məlumatına görə, filmin Nizami Kino Mərkəzində təmtəraqlı qala gecəsi planlaşdırılırdı. Hətta Beren Saatın bununla bağlı Bakıya gələcəyi də yayılan xəbərlər arasında idi.

Kino mərkəzindən aldığımız son məlumata görə, “Mənim dünyam”ın qala gecəsi təxirə salınıb. Buna səbəb Beren Saatın Bakıya gəlməkdən imtina etməsi olub. Aktrisanın rol aldığı “İntiqam” serialının çəkilişləri ilə əlaqədar Berenə Türkiyədən ayrılmağa icazə verilməyib.

 





08.11.2013    çap et  çap et