525.Az

"Bu il BŞTİ-nin tabeliyindəki 6 məktəbdə əsaslı təmir işləri aparılıb"


 

"Bu il BŞTİ-nin tabeliyindəki 6 məktəbdə əsaslı təmir işləri aparılıb"<b style="color:red"></b>

“2019-cu ildə BŞTİ-nin tabeliyində fəaliyyət göstərən 6 məktəbdə əsaslı təmir işləri aparılıb”.

APA xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyev deyib.

O qeyd edib ki, bundan əlavə mövcud olan bir məktəbin binası yenilənib:

“Bir məktəb üçün digər ərazidə yeni bina inşa olunub, ehtiyac olan ərazidə bir yeni məktəbin inşası başa çatıb və 2 məktəbin köhnə korpusları sökülərək yenidən tikilib. Eləcə də, 224 təhsil müəssisəsində cari təmir və mühəndis kommunikasiya işləri aparılıb. 2 məktəbin sökülərək yenidən tikintisinə, 2 məktəbin isə korpuslarının sökülərək tikintisinə başlanılıb”.

R.Tağıyev əlavə edib ki, hazırda bir məktəb üçün əlavə korpusun tikintisi davam etdirilir.

 





16.12.2019    çap et  çap et