525.Az

"Yeni Müsavat" qəzeti sabahdan çapını dayandırır


 

"Yeni Müsavat" qəzeti sabahdan çapını dayandırır<b style="color:red"></b>

"Yeni Müsavat" qəzeti sabahdan etibarən çapını dayandırır. Qəzetdən APA-ya verilən xəbərə görə, bu barədə qəzet rəhbərliyi bu gün qərar qəbul edib.

Məlumata görə, qəzetin  çapını bir neçə günlüyə dayandırmasına səbəb satışa yaradılmış maneələr və bununla əlaqədar yaranmış maliyyə böhranıdır: “Qəzet həftədə yeddi gün, bayram və tətil günlərində də həmişə çap olunub. İndi isə maliyyə böhranı yaşanıb və qarşıdakı günlərdə qəzetin çap olunmayacaq”.
 
Noyabrın 10-da 24 yaşını qeyd edəcək "Yeni Müsavat"ın rəhbərliyi bu addımının zərurət üzündən atıldığını bəyan edib: “Bununla ölkə vətəndaşlarının, hakimiyyətin, beynəlxalq ictimaiyyətin diqqətini yaranmış problemin ciddiliyinə cəlb etmək istəyirik”.
 
"Yeni Müsavat"ın çap versiyasının nə vaxt bərpa olunacağı barədə məlumat verilməyib.

 





08.11.2013    çap et  çap et