525.Az

Doktoranturaya qəbulun vaxtı gələn həftə açıqlanacaq


 

Doktoranturaya qəbulun vaxtı gələn həftə açıqlanacaq<b style="color:red"></b> Bir neçə ay öncə Təhsil Nazirliyi doktoranturaya qəbulun aparılması üçün hökumətə təqdim etdiyi plan yerlərinin sayını açıqlamışdı. Bəs, doktoranturaya qəbul nə zaman baş tutacaq?

Nazirlikdən Lent.az-ın sorğusuna cavabda bildirilib ki, 2013-cü il üçün doktoranturaya qəbul planları Azərbaycan hökuməti tərəfindən artıq təsdiq edilib.

Verilən məlumatda o da qeyd olunur ki, doktoranturaya qəbul haqqında elanlar müvafiq ali təhsil və elmi-tədqiqat müəssisələri tərəfindən noyabrın 12-dən sonra respublika mətbuatında dərc olunacaq.
 





08.11.2013    çap et  çap et