525.Az

Müdafiə Naziri hərbçiləri təbrik etdi


 

Müdafiə Naziri hərbçiləri təbrik etdi<b style="color:red"></b>

Azərbaycanın müdafiə naziri Zakir Həsənov Dövlət Bayrağı Günü münasibətilə Silahlı Qüvvələrin şəxsi heyətini təbrik edib. 

525.az-ın  nazirliyin saytına istinadən verdiyi məlumata görə, Z. Həsənov təbrikində bildirib:

“Yoldaş zabitlər, gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər və matroslar!

Sizi 9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibəti ilə səmimi qəlbdən təbrik edirəm.

Milli-mənəvi dəyərlərə hörmət və müqəddəs dövlətçilik rəmzlərinə böyük ehtiram göstərən Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Dövlət Bayrağı Gününün təsis olunması haqqında imzaladığı sərəncamın böyük tarixi əhəmiyyəti vardır. Ölkə rəhbərliyi tərəfindən aparılan uğurlu siyəsət nəticəsində müstəqil respublikamızda demokratik və hüquqi dövlət quruculuğu sahəsində böyük nailiyyətlər qazanılmış, dövlətçiliyimiz möhkəmlənmiş, tərəqqi və inkişaf yolu ilə inamla irəliləyən ölkəmizin müdafiə qüdrəti daha da artmışdır.

İnanıram ki, Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi Anda və nizamnamələrə bundan sonra da sadiq qalacaq, döyüş və mənəvi-psixoloji hazırlıqda yeni uğurlar əldə etmək üçün səylərinizi daha da artıracaq və hər an ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasına hazır olacaqsınız.

Hər birinizə möhkəm can sağlığı, uzun ömür, ailə səadəti və şərəfli xidmətinizdə müvəffəqiyyətlər arzulayıram”.

 

 





08.11.2013    çap et  çap et