525.Az

Orta məktəbdə uçqun olub, ölən və yaralanan var


 

Orta məktəbdə uçqun olub, ölən və yaralanan var<b style="color:red"></b>

Azərbaycanda orta məktəbdə faciə baş verib.

Salyan Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə noyabrın 8-də Salyan rayonu 2 saylı orta məktəbdə qeydə alınıb.
 
Məktəbin həyətində rayon sakini Vaqif Quliyev oğlu Əlisahiblə birgə odun yığarkən məktəbin daş hasarı onların üstünə uçub. Nəticədə V.Quliyev ölüb, xəsarət alan Əlisahib isə xəstəxanaya yerləşdirilib.
 
Faktla bağlı araşdırma aparılır.

 





09.11.2013    çap et  çap et