525.Az

"Mərdliyin profilləri"- 35-ci prezidentin faciəli ölümünün 50 illiyinə


 

"Mərdliyin profilləri"- <b style="color:red">35-ci prezidentin faciəli ölümünün 50 illiyinə</b>

(İngiliscədən Telman Orucov tərcümə edib)

Con F.Kennedi

Mənim xanımıma

Təqdimat   

Atam öyrədirdi ki, bizim hamımız ictimai xidmətdə heç vaxt o qədər qoca və ya o qədər də gənc deyilik. Prezident Kennedinin inauqurasiya çağırışında dediyi: “Öz ölkəndən soruşma ki, sənin üçün o nə edə bilər, soruş ki, sən öz ölkən üçün nə edə bilərsən” – sözlər onun özünün həyatını və karyerasını yekunlaşdırırdı və bu, qırx il əvvəl olan kimi bir həqiqət tək qulaqlarımızda səslənir. Mənə görə, onun mühüm irsi minlərlə amerikalıda yaşayır və onları öz icmalarına, məktəblərinə, qonşuluqlarına, Vətəndaş Hüquqları Hərəkatına və Sülh Korpusuna cəlb olunmaq üçün ilhamlandırır. Bizim ölkəmiz nəslin enerjisi və özünü həsr etməsi hesabına dəyişildi. İndi o bizə yenidən müəyyən olunmalı bir məsələ kimi görünür, bu isə bizim öz dövrümüzdəki vəzifəmizdir.

Con F.Kennedi öz ictimai xidməti karyerasını İkinci Dünya müharibəsində Cənubi Sakit okeanda PT-qayıq komandiri kimi başlamışdı. 1943-cü ilin 2 avqust gecəsində patrul xidmətini icra edərkən PT-109 yapon hərbi gəmisi, eskadra minadaşıyanı “Amagiri” tərəfindən tarana məruz qaldı, onu alova bürüdü və komanda üzvlərini yanan suya tulladı. İki nəfər öldürüldü, bir nəfər isə elə pis yanmışdı ki, o, üzə bilmirdi. Yaralanmış adamın köynəyini kəmər kimi onun bədəninə sarıyıb, dişləri ilə bundan tutaraq leytenant Kennedi yaralı dənizçini üç mil aralıda olan, yaxındakı adaya çıxardı. Sonrakı altı günü olduqca az qida və su ilə adamlar yaponların onları əsir edəcəyindən qorxaraq, gizlənmişdilər. Hər axşam Kennedi köpək balıqları ilə dolu suda üzüb kömək üçün digər adaları axtarırdı, nəhayət Solomon adalarının iki sakini onu gördü, onlar Eroni Kumana və Biuku Qaza idi. Onlar atamın qabığında məlumat sözlərini cızdığı kokos qozunu tutmuşdular, ona görə də qayığın dənizçilərini Avstraliya sahilinə yaxınlıqdakı sığınacağa gətirdilər, burada onlar xilas ola bilərdilər. 2002-ci ilin yayında Milli Coğrafiya Cəmiyyətinin ekspedisiyası Con F.Kennedinin igidliyi barədəki əfsanənin hələ də Solomon adalarından uzaqlarda da məlum olduğunu üzə çıxardı. Uzağa nəzarət edən nəqliyyat vasitəsindən istifadə edərək tədqiqatçı Robert Ballard və onun komandası sualtı kamera ilə batmış PT-109 qayığını tapdılar. Ekspedisiyanın üzvləri adi bir kanoedə atamın həyatını xilas edən və tarixin xəttini dəyişən adamları – Eroni Kumana və onun oğlu Con F.Kennedi Kumana ilə görüşdülər.

Atamın igidliyi ona Donanma və Dəniz Korpusunun “Müstəsna qəhrəmanlıq hərəkətinə görə” medalını qazandırdı və o, döyüşdə aldığı yaralara görə “Al qırmızı ürək” dövlət mükafatına layiq görüldü. Bu, həmçinin onu “Mərdliyin profilləri”nə aparıb çıxardı. Yapon eskadra minadaşıyıcısı ilə toqquşma onun onurğa sütununu zədələmişdi və bu zədə 1954-1955-ci illərin qışında cərrahiyyə əməliyyatı aparılmasını tələb etdi. İki il əvvəl Birləşmiş Ştatların Senatına seçilən atam böyük senatorların mövcudluğunu mümkün edən keyfiyyətlərin dərk edilməsi ilə maraqlanmağa başladı. Tarix elmi onun ehtirası idi və o, özünün sağalma aylarını əfsanəvi sələflərinin xronikalarını oxumağa sərf etdi. Mənim hər iki valideynim üçün tarix səfeh, quru xüsusiyyətli işlər olmayıb, daim ilhamlanmaq üçün bir mənbə idi. Onlar inanırdılar ki, həqiqətən də əsl qəhrəmanlar olmuşdur və bizim hamımız onların nümunəsindən öyrənə bilərik. Atamın qəhrəmanları da öz ölkəsi üçün məhz düzgün olanları etməklə öz karyeraları ilə risq etməyə hazır olan kişilər və qadınlar idi. “Mərdliyin profilləri” 1956-cı ildə nəşr edilməklə, həmin əhvalatlardan danışır.

Senator və prezident kimi Con F.Kennedi xarici siyasətdə və daxili işlərdə tam oxşar mərdlik nümunəsi göstərirdi. 1962-ci ildə Kubada Sovetlərin hücum xarakterli nüvə raketlərini qurması faktı aşkar edildikdə, Prezident Kennedi bilavasitə hava zərbələri endirmək barədəki çağırışlara müqavimət göstərərək, nüvə müharibəsi fəlakətinin qarşısını alan diplomatik üsuldan istifadə etmək yolu ilə getdi. Onun “təzyiq altında xeyirxahlığı” və Kuba Raket Böhranı ərzində parlaq mühakiməsi Sovet-Amerikan münasibətlərində yeni fəsilin meydana gəlməsinə aparıb çıxardı və nüvə silahlarının atmosferdə, yer ətrafından kənarda olan kosmik məkanda və su altında sınaqdan çıxarılmasını qadağan edən ilk müqavilə barədə danışıqların aparılmasını mümkün etdi. Kuba Raket Böhranından sonrakı yayda etdiyi çıxışında Prezident Kennedi sülh barədə danışırdı: “Qoy biz öz fərqliliklərimizə kor olmayaq – ancaq qoy biz həmçinin ümumi mənafelərimizə və həmin fərqliliyi həll edə bilən mənasını verən şeylərə birbaşa diqqət yetirək. Çünki son təhlili apardıqda belə nəticəyə gəlirik ki, bizim başlıca birləşdirici həlqəmiz ondan ibarətdir ki, biz bütün sakinlər bu kiçik planetdə məskunlaşmışıq. Bizim hamımız eyni hava ilə nəfəs alırıq. Bizim hamımız öz uşaqlarımızın gələcəyini əzizləyirik. Və bizim hamımız öləriyik”.

1963-cü ildə vətəndaş hüquqları barədə vədin yerinə yetirilməsinin uzun müddət gecikməsi ilə və dinc vətəndaş hüquqları nümayişçilərinə yerli polisin, yanğından mühafizə şlanqları və polis itləri ilə hücum etməsi nəticəsində Cənubdakı şəhərlər qızışanda, Prezident Kennedi federal hökumətin bütün gücünü inteqrasiya axtarışlarına həsr etdi, çünki bu, həyata keçirilməli olan düzgün bir iş idi. Həmin axşam televiziya ilə millətə ünvanlanmış müraciətində o, federal məhkəmənin qərarı ilə iki qara tələbənin Alabama universitetinə buraxılması üçün Alabama Milli Mühafizə dəstəsini səfərbər etdi. Prezident Kennedi bu müraciətində dedi: “Biz birinci növbədə mənəvi məsələyə görə qarşıdurmadayıq. Bu, Əhdi-ətiq kimi köhnədir və Amerikan Konstitusiyası kimi aydındır. Məsələnin özəyi ondan ibarətdir ki, bütün amerikanlar bərabər hüquqlara malik olmağa və bərabər imkanlardan istifadə edilməsinə razıdırlarmı, biz amerikan sirdaşlarımıza, özümüzə istədiyimiz kimi münasibət göstərmək istəyirikmi. Əgər amerikalı yalnız dərisinin qara olduğuna görə lançı (naharı – tərcüməçi) ictimaiyyət üçün açıq olan restoranda yeyə bilmirsə; əgər o, öz uşağını müvafiq ən yaxşı məktəbə göndərə bilmirsə, əgər o, onu təmsil etməli olan ictimai vəzifəlilər üçün səs verə bilmirsə, ən qısası, əgər o, bizim hamımızın istədiyi dolğun və azad həyatdan həzz ala bilmirsə, onda bizim aramızda olanlardan kim razılaşa bilər ki, özünün dərisinin rəngi dəyişdirilsin və onun yerində olsun? Bizim aramızda kim bu vaxt səbirli olmaq və gözləmək barədəki məsləhətlərlə razılaşardı?” Həmin nitqində o, elan etdi ki, bütün ictimai məşğuliyyətlərdə diskriminasiyanı (ayrı-seçkiliyi – tərcüməçi) qanundan kənar edən qanun layihəsini Konqressə göndərəcəkdir. Həmin qanun 1964-cü ilin Vətəndaş Haqları Aktı olmaqla, onun ölümündən sonra qəbul edildi.

Ona görə ki, atam tarixi öyrənmişdi və mərdliyin mürəkkəb olduğunu başa düşürdü, həm də onun sadə gücünü də yaxşı anlayırdı. O, inanırdı ki, özlərinin həqiqi qiymətini almayan hərəkətləri barədə danışılan əhvalatlar, həmin adamların nümunəsinin arxasınca getməkdə gələcək nəsillərin ilham almasına kömək edə biləcəkdir. Bizim millətimiz liderliyi tanımağa, onlara hörmət etməyə və bunu öz liderlərindən tələb etməyə möhtacdır. Con F.Kennedinin həyatı və karyerası dünyadakı milyonlarla adamları ilhamlandırmışdır və Endryü Ceksonun bəyanatında deyilən “Bir mərd adam çoxluğu əmələ gətirir” sözləri özünün həqiqət olduğunu göstərdi.

Bizim ailə digərlərinin əməllərinə sevindiyi kimi, atamın ictimai xidmət sahəsindəki əməllərinə görə də şərəf duyurdu. 1989-cu ildə “Mərdlik Profilləri Mükafatı” təsis ediləndə bu mükafata hər il layiq görülən seçilmiş vəzifə sahibləri bu ölkənin bünövrəsinə qoyulan ideallar üçün, bəzən hətta böyük şəxsi risqə getmələrinə baxmayaraq, heç bir ləngliyə yol vermədən mübarizəyə qalxmışdılar. Bu kişilər və qadınlar, Respublikaçılar və Demokratlar, yerli, ştat və milli səviyyələrdə xidmət göstərərək, bu kitabda haqlarında danışılan səkkiz əfsanəvi senatorun varisləri idilər. “Mərdlik profilləri” yazılan vaxtdan mərdliyin müəyyən edilməsi barədə kollektiv baxışlarımız genişlənmişdir – bu gün biz kompromissə gedən və öz xəttində dayanan adamları şərəfləndiririk.

Konqress üzvü olan qadın – Hilda Solis Amerikanın ən havası çirklənmiş icmalarından birində böyümüşdü, o, gənc latınos əsilli adamların qızı kimi Kaliforniyanın ştat senatoru olanda, ətraf mühit ədaləti barədəki ilk milli qanun uğrunda mübarizəyə başçılıq etmişdi. Qonşuluqda ən zəhərli və risqli istehsala malik olan, qeyri-proporsional qaydada kiçik və az gəlir verən müəssisələrin yerləşdirilməsini o, bir ittiham kimi irəli sürürdü. Güclü müxalifətə qalib gəlməklə, lazım gəldikdə kompromissə getməklə, Solis siyasət və biznes liderləri ilə iş aparıdı ki, bütün icmalara düzgün münasibət göstərilməsi, onların inkişafına, təchizatına və ətraf mühit qanunlarının gücləndirilməsinə hörmətlə yanaşılması üçün bu ilk qanunvericiliyin keçməsinə təminat əldə etsin.

Konqressmen Con Lyuis həyatındakı karyerasının və mənəvi mərdliyinin tanınmasındakı nailiyyətlərinə görə bərabəri olmayan “Mərdlik Profilləri Mükafatı”nı almışdı. Vətəndaş Hüquqları Hərəkatının pioneri və 1963-cü ildə Vaşinqtona marşın əsl təşkilatçılarından biri olan Lyuis bəzən Azadlıq reydləri ərzində seqreqasiyaya (ayrılma, izolyasiya edilmə- tərcüməçi) qarşı çağırışı ilə və afrikalı amerikalılar üçün səsvermə hüququna təminat əldə etmək naminə öz həyatını risqə qoyurdu. Qırx dəfədən çox həbs olunmasına, fiziki hücumlara məruz qalmasına, dəfələrlə döyüşməsinə baxmayaraq, o, heç vaxt qeyri-zorakılıq fəlsəfəsinə özünü həsr etməkdən uzaqlaşmadı. Onun həyatı qeyri-adi igidliklə və Amerikanı “sevilən icmaya” çevirməyə həsr olunması ilə əlamətdar idi.

Biz həmçinin unikal mərdlik hərəkətlərinə görə şərəf duyuruq. Misal üçün, Prezident Cerald Ford Riçard Niksonu bağışlamağına görə (Riçard Nikson ABŞ prezidenti kimi ikinci müddətinin ikinci ilində, 1974-cü ildə Uotergeyt cinayətinə görə impiçment təhlükəsi altında istefa vermişdi. Ondan sonra prezident işləyən Cerald Ford onun təqsirini əfv etmişdi – tərcüməçi) “Mərdlik Profili Mükafatı”nı aldı. Ford belə bir qərara gəlmişdi ki, Amerika Uotergeyt yaralarından sağalmağa başlamağa möhtacdır və o, yeganə adam idi ki, bunu mümkün edə bilərdi. Ford prezidentə çevrildikdən bir ay sonra Niksonu bağışladı və bildirdi ki, bu hərəkəti ona prezidentliyi itirmək bahasına başa gələcəkdir. O, 1976-cı il seçkilərində kiçik üstünlük qazanan Cimmi Karterə (demokratların namizədi – tərcüməçi) uduzdu.

Atamın prezidentliyi, hərəkətə çağırışı təmsil etdiyi kimi, ictimai xidmətin mahiyyəti də bizim dövrümüzdə 11 sentyabr hadisəsi (2001-ci ilin 11 sentyabrında “Əl-Qayda”nın üzvləri qaçırdıqları iki sərnişin təyyarəsini Nyu-Yorkdakı Dünya Ticarət Mərkəzinin “twin” – “ekiz” adlanan iki göydələninə çırpmış, hər iki bina bütünlüklə uçmuş, üç minə qədər adam həlak olmuşdu, Pentaqon da belə hücuma məruz qalmışdı – tərcüməçi) vasitəsilə yenidən aydın oldu. Həmin günün ürək ağrıdan hadisələri ailələrə, icmalara, bizim millətimizə ağır itkiyə səbəb oldu. Lakin həmin dəhşətli anlarda adi kişilər və qadınlar başqalarını xilas etmək naminə öz həyatlarını təhlükəyə atıb, igidliyin real sifətini göstərdilər və yeni nəsli də başqalarına göstərilən xidməti axtarmağa ilhamlandırdılar. Bizim ictimai xidmətçilərimizin – yanğın söndürənlərimizin, polisin, tibbi komandaların, vəzifəyə seçilmiş qulluqçuların qeyri-adi igidliyi minlərlə insanın həyatını xilas etdi. Biz, silahlı qüvvələrimizdəki kişilərə və qadınlara yeniləşmiş bir valeh olma qazandıq. Onlar öz karyeralarını igidliklə icra etdilər. Mülki işçilər Pentaqonda, Dünya Ticarət Mərkəzində qeyri-adi igidlik nümayiş etdirdilər və göydə də bizə igidlik qabiliyyətini göstərdilər. Axı xidmət göstərmək bizim hamımızın içindədir.

Bizim hər birimiz verməli olduğumuz töhfəni tapmalıdır. Öz ölümündən əvvəlki axırıncı moizələrindən birində Martin Lyuter Kinqin dediyi kimi, “Siz xidmət üçün kollec dərəcəsinə sahib olmaya bilərsiniz. Siz öz mübtədanızı və feilinizi xidmət üçün razı olan bir qaydaya salmaya bilərsiniz. Xidmət üçün siz Eynşteynin ehtimal nəzəriyyəsini bilməyə bilərsiniz. Siz yalnız xeyirxahlıqla dolu ürəyə möhtacsınız. Könül hər şeyi məhəbbətlə edir. Və siz belə xidmətçi ola bilərsiniz”.

Kerolayn Kennedi
2003-cü il

(2013-cü ilin iyul ayının sonunda Prezident Barak Obama Kerolayn Kennedini ABŞ-ın Yaponiyadakı səfiri təyin etmişdir – tərcüməçi)

(Ardı var)

 





11.11.2013    çap et  çap et