525.Az

Şirvanda baş verən yol qəzasında 4 nəfər ölüb


 

Şirvanda baş verən yol qəzasında 4 nəfər ölüb<b style="color:red"></b>

Şirvanda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Şirvanın girişində qeydə alınıb. “Hyundai” markalı, 90 OT 031 dövlət nömrə nişanlı avtomobil şəhərin girişindəki beton lövhəyə çırpılıb.

Qəza nəticəsində 4 nəfər ölüb. Ölənlərin 3-ü qadın, 1-i kişidir. Tərtər sakini olan həmin şəxslər Şirvana yas mərasiminə gedirlərmiş.

 





27.12.2019    çap et  çap et