525.Az

Paris Hilton yol polislərinin başına iş açdı


 

Paris Hilton yol polislərinin başına iş açdı<b style="color:red"></b>

Tükiyəyə reklam çəkilişinə gedən Paris Hiltonu icazəsiz müşayiət edən iki motosikiletli yol polisi dindirilib.

525.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, heç bir təlimat almadan Hiltonu müşayiət edən yol polisləri bir sıra məsələlərlə əlaqədar polis idarəsində dindirilib. Polislər Hiltonu müşayiət edərkən hansısa məqsəd güdmədiklərini açıqlayıblar:

“Biz bunu mənfəət qazanmaq üçün etmədik. Hiltonun mühafizə qrupu bizə onu müşayiət etməyi məsləhət görüb. Biz də Türkiyənin imicinə zərər gəlməsin deyə belə bir addım atdıq”.

Yol polisləriylə bağlı yaxın günlərdə cəza veriləcəyi bildirilir.

Xatırladaq ki, Hilton bu gün Bakı vaxtı ilə 05:00-da İstanbulu tərk edib.

 





12.10.2012    çap et  çap et