525.Az

İrina Bokova yenidən UNESCO-nun baş direktoru seçildi


 

İrina Bokova yenidən UNESCO-nun baş direktoru seçildi<b style="color:red"></b>

UNESCO-nun baş direktoru İrina Bokova ikinci müddətə bu vəzifəyə seçilib.

 
APA-nın xəbərinə görə, qərar bu gün UNESCO Baş Konfransının Parisdə keçirilən 37-ci sessiyasında qəbul olunub.
 
Xatırladaq ki, baş direktor 4 illiyə seçilir.
 
İ. Bokova 2009-cu ilin oktyabrında UNESCO-nun baş direktoru seçilib və bu vəzifəyə gələn ilk qadın olub. Bundan əvvəl o, Bolqarıstanın Fransa səfiri, 1996-97-ci illərdə isə Bolqarıstanın xaric işlər naziri vəzifəsində çalışıb. 

 





12.11.2013    çap et  çap et