525.Az

Badamdarda yenidən sürüşmə baş verib


 

Badamdarda yenidən sürüşmə baş verib<b style="color:red"></b>

Badamdarda sürüşmə olub.

Sürüşmə nəticəsində 20-ci sahəyə gedən yol bağlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov APA-ya bildirib ki, hazırda nazirlik əməkdaşları hadisə yerinə gedirlər: "Hadisə yerinə çatandan sonra bunun sürüşmə və ya uçqun olduğu aydınlaşacaq. Yanvarın 9-da səhər saatlarında Badamdar sürüşmə sahəsində yenidən aktivləşmə baş verib. Eni təxminən 100 metrə yaxın olan sürüşmə kütləsi Badamdar-20-ci sahə arasında olan magistral avtomobil yoluna doğru hərəkət edib". 

Qeyd edək ki, sözügedən ərazidə sonuncu sürüşmə 2018-ci ildə olub.

 





09.01.2020    çap et  çap et