525.Az

Proqramçılarımızın yaratdığı antivirusun ilkin versiyası təqdim olunacaq


 

Proqramçılarımızın yaratdığı antivirusun ilkin versiyası təqdim olunacaq<b style="color:red"></b>

Bu ilin I rübünün sonunadək Azərbaycan proqramçılarının yaratdığı antivirus proqramının ilkin versiyasının təqdimatı keçiriləcək.

Bunu “APA-Economics”ə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzindən deyiblər.

Söhbət multifunksional zərərli kompüter proqramlarının analizi proqramından (“Multifunctional Analysis Program” – MAP) gedir ki, burada mövcud baza üzrə zərərli proqramların axtarışı təmin olunub. MAP virusların aşkar edilməsi, aktiv proseslərin təhlili, şübhə doğuran proqram və fayllara bağlı hesabatların hazırlanması, valideyn nəzarəti və s. modullarla təchiz olunacaq.

 





09.01.2020    çap et  çap et