525.Az

Abşeronda orta məktəb şagirdləri zəhərləndilər


 

Abşeronda orta məktəb şagirdləri zəhərləndilər<b style="color:red"></b>

Azərbaycanda orta məktəb şagirdləri arasında kütləvi zəhərlənmə olub.

Bu barədə APA-ya Abşeron rayon Polis Şöbəsindən bildirilib.

Hadisə oktyabrın 11-də qeydə alınıb. Abşeron rayon sakinləri Nuranə Abbasova, Nazlı Əhmədzadə, Səma Qurbanova və Xırdalan şəhərindəki 9 saylı Orta Məktəbin 7-ci sinif şagirdləri Məmməd Məmmədov, Fatimə Məmmədova, Xanlar Balayev, Kərim Vəlizadə, Cəlil Cabbarov, Nicat Balabəyzadə, Zümrüd Mustafalı, Məhəmməd Hacızadə, Saleh Kərimli, Günel Vəliyeva qidadan və dərmandan zəhərlənmə ilə xəstəxanaya gətiriliblər. Onlar tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

 





12.10.2012    çap et  çap et