525.Az

Beynəlxalq Olimpiya Komitəsi qaydalarla bağlı işçi qrup yaradıb


 

Beynəlxalq Olimpiya Komitəsi qaydalarla bağlı işçi qrup yaradıb<b style="color:red"></b>

Lozannada Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsinin illik hesabat yığıncağı keçirilir.

AZƏRTAC BOK-un rəsmi saytına istinadla xəbər verir ki, iclasda bir sıra mühüm məsələlər müzakirə olunur. Müzakirə edilən məsələlərdən biri BOK İcraiyyə Komitəsinin Atletlər Komissiyası ilə birlikdə Olimpiya Xartiyasında idmançılar üçün müəyyənləşdirilən 50 qayda və bu qaydaların Olimpiya Oyunlarında tətbiqidir.

Müzakirələrdən sonra işçi qrupun yaradılması qərara alınıb. Həmin qrup idmançıların həmrəylik modelinin daha da gücləndirilməsinə və onlara dəstək göstərilməsinə nəzarət edəcək.

BOK İcraiyyə Komitəsinin yeni təlimatları idmançılara “Athlete365” platforması, milli olimpiya komitələri (MOK) və idman komissiyaları vasitəsilə çatdırılacaq.

Xatırladaq ki, illik hesabat yığıncağında bundan əvvəl Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının proqramına iki idman növünün (uşu və beyzbol5) daxil edilməsi barədə qərar qəbul olunub. Həmçinin iclasda olimpiadanın yay fəslində deyil, payızda (22 oktyabr-9 noyabr) keçirilməsinə qərar verilib.

 





09.01.2020    çap et  çap et