525.Az

Nazirlik Qurban bayramı ilə bağlı əmr imzaladı


 

Nazirlik Qurban bayramı ilə bağlı əmr imzaladı<b style="color:red"></b>

Hər il Qurban bayramı ərəfəsində Bakı şəhərinə rayonlardan satılmaq üçün xeyli sayda xırda və iribuynuzlu heyvan gətirilir. Bu il bayram oktyabrın 25-26-ına təsadüf edib. Bir neçə gündən sonra şəhərə qurbanlıq heyvanların gətirilməsi müşahidə olunacaq. Bəs görəsən rayonlardan heyvanların gətirilməsinə aidiyyati qurumlar necə nəzarət edərlər?

Kənd Təsərüfatı Nazirliyinin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, Qurban bayramı ilə əlaqədar olaraq Bakı şəhərinə gətirilən qurbanlıq heyvanların baytarlıq-sanitariya tələblərinə cavab verməyən  və ticarət üçün xüsusi ayrılan yerlərdən kənarda kəsilməsinin qarşısını almaq məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyində müvafiq əmr imzalanıb. Həmin əmrə əsasən Qurban bayramı ilə əlaqədar olaraq Bakı şəhərinə gətirilən heyvanlar arasında baş verə biləcək təhlükəli xəstəliklərin qarşısını almaq, anti-sanitariya hallarını aradan qaldırmaq, ətin və digər məhsulların qanunvericiliklə müəyyən edilmiş qaydada baytar-sanitariya ekspertizasının aparılmasına dövlət baytarlıq nəzarətinin gücləndirilməsi məqsədi ilə zoobaytar mütəxəssisləri heyvanların daha çox kəsildikləri ərazilərə təhkim olunublar.

Nazirlikdən o da bildirilib ki, Bakı şəhər Baytarlıq İdarəsinə, idarənin bütün işçilərinin ət kəsimi məntəqələrinə təhkim edilməsi və  qarşıya çıxan problemlərin operativ həll olunması tapşırılıb.

 





12.10.2012    çap et  çap et