525.Az

Şəmkirli gənclər hərbi xidmətə həvəslə gedirlər - FOTOLAR


 

Şəmkirli gənclər hərbi xidmətə həvəslə gedirlər -<b style="color:red"> FOTOLAR</b> “Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Prezident İlham Əliyevin Sərəncamına müvafiq olaraq həqiqi hərbi xidmətə çağırış davam edir.

Yanvarın 10-da Şəmkir rayonunda keçirilən çağırışçıların müddətli həqiqi hərbi xidmətə yola salınması mərasiminin iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər. Sonra valideynlərin, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi mərasimdə Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov hərbi xidmətə yola düşmələri münasibətilə gəncləri təbrik edib. Qeyd edib ki, bu gün gənclərimiz dövlət qarşısında Konstitusion borcunu yerinə yetirmək üçün həqiqi hərbi xidmətə böyük həvəslə gedirlər.  O, çağırışçılara nümunəvi xidmət etməyi arzulayıb.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsinin rəisi, polkovnik-leytenant Anar Hüseynov Azərbaycan Silahlı Qüvvələrinin formalaşmasında Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərindən və ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin hərb quruculuğu sahəsində həyata keçirdiyi islahatlardan söz açıb.Peşəkar, yüksək nizam-intizamlı zabit korpusuna malik, müasir döyüş texnikası ilə təchiz olunmuş, qarşıya qoyulan vəz¬i¬fə¬ləri yerinə yetirməyə qadir olan Silahlı Qüvvələrimizin ötən illərdə aparılmış hərbi əməliyyatlar zamanı qısa müddət ərzində strateji əhəmiyyətli məntəqələri işğaldan azad etməklə düşmənə ağır zərbə vurduğunu diqqətə çatdırıb.

Şəmkir rayon Ağsaqqallar Şurasının sədri Bilal Məmmədov xalqımızın Azərbaycan əsgərinin gücünə inandığını bildirib. Müddətli həqiqi hərbi xidmətə yola düşən gənclərə Vətən qarşısında müqəddəs borclarını layiqincə yerinə yetirməyi diləyib.

Çağırışçılar adından çıxış edən Emin Həsənli əsgər adını şərəflə daşıyacaqlarını, hərbi sirlərə dərindən yiyələnəcəklərini söz verib.

Bədii proqramla davam edən tədbirin sonunda çağırışçı gənclər Azərbaycan bayrağınaehtiramlarını bildirərək ordu sıralarına yola düşüblər.
 





10.01.2020    çap et  çap et