525.Az

Baş məşqçi Azərbaycanda futbolçuların bıçaqlanması haqda danışdı


 

Baş məşqçi Azərbaycanda futbolçuların bıçaqlanması haqda danışdı<b style="color:red"></b>

Bakının “İnter” klubunun baş məşqçisi Kaxaber Szadadze komandasının üç futbolçusu – Georgi Adamiya, Georgi Lomaya və Valeri Abramidzenin  bıçaqlanması haqda yayılan xəbərlərə münasibət bildirib.

Qol.Az-ın müxbiri ilə söhbətində o deyib ki, Georgi Adamiya zədəsi səbəbindən bu yaxınlarda Almaniyada əməliyyat olunub: “Onun ayaq bağları qırılmışdı. Hazırda durumu normaldır. Lomaya və Abramidzeyə gəlincə, onlar məşqlərini davam etdirirlər. Onların xəsarət alması haqda xəbərlər doğru deyil”.

Gürcüstanlı mütəxəssis daha sonra bildirib: “Başa düşə bilmirəm, niyə hər zaman belə şayiələrdə məhz “İnter”in futbolçularının adı hallanır”.

Qeyd edək ki, adları çəkilən futbolçuların Bakıdakı gecə klublarından çıxarkən döyüldüyü, Adamiya və Lomayanın isə bıçaqlandığı bildirilirdi.

 





12.10.2012    çap et  çap et