525.Az

Ərdoğan: “Qısa zamanda Liviyada atəşkəs razılaşmasının imzalanmasını arzulayıram”


 

Ərdoğan: “Qısa zamanda Liviyada atəşkəs razılaşmasının imzalanmasını arzulayıram”<b style="color:red"></b>

Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İtaliyanın Baş Naziri Cüzeppe Konte arasında görüş keçirilib.

APA-nın yerli bürosunun xəbərinə görə, görüşdən sonra Türkiyə Prezidenti və İtaliya Baş Naziri mətbuata birgə bəyanatla çıxış ediblər.

Ərdoğan bildirib ki, qısa zamanda Liviyada atəşkəs razılaşmasının imzalanmasını arzulayır: “Bununla əlaqədar Türkiyə nümayəndə heyəti Moskvada səfərdədir. Baş Nazir Konte ilə görüşdə də Liviya məsələsini ətraflı şəkildə müzakirə etdik”.

Türkiyə Prezidenti qeyd edib ki, bu həftəsonu Berlində Liviya ilə bağlı keçiriləcək sammitə qatılacaq.

C. Konte Moskvada Rusiya və Türkiyə nümayəndə heyətləri arasında Liviyaya dair aparılan müzakirələrdən müsbət gözləntilərinin olduğunu bildirib.

“İtaliya da Liviyada qısa zaman ərzində atəşkəsin, sülhün əldə olunmasının tərəfdarıdır”, - deyə Baş Nazir vurğulayıb.

 





13.01.2020    çap et  çap et