525.Az

ÜST təcili iclas keçirəcək - Naməlum virusa görə


 

ÜST təcili iclas keçirəcək - Naməlum virusa görə<b style="color:red"></b>

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Çində yeni növ koronavirusun tapılması ilə əlaqədar təşkilatın Fövqəladə hallar komitəsinin növbədənkənar iclasını nəzərdən keçirir.

Trend-in məlumatına görə, bu barədə təşkilatın bu gün yaydığı bəyanatda deyilir.

Vəziyyətlə bağlı ÜST-ün baş direktoru Tedros Adhan Qebreyesus komitə üzvləri ilə məsləhətləşmələr aparacaq.

Qeyd edək ki, Çin hökuməti Uhan əyalətində naməlum xəstəliyin aşkarlandığını bildirib. Xəstəliyin koronavirusun yeni növü olduğu deyilir.

 





13.01.2020    çap et  çap et