525.Az

Yusif Eyvazov erməni soprano ilə eyni səhnəyə çıxmaqdan imtina edib


 

Yusif Eyvazov erməni soprano ilə eyni səhnəyə çıxmaqdan imtina edib<b style="color:red"></b>

Azərbaycanın Xalq artisti, tenor Yusif Eyvazov erməni soprano Ruzan Mantaşyanla eyni səhnəyə çıxmaqdan imtina edib.

“Report” xəbər verir ki, bu barədə Forumopera.com saytı məlumat yayıb.

Bildirilib ki, Y. Eyvazov fevralın 7-də erməni sənətçi Ruzan Mantaşyanla Drezden Opera Ballında birlikdə səhnəyə çıxmalı idi. Lakin, həmyerlimiz erməni əsilli soprano ilə eyni səhnəyə çıxmaq istəməyib:

“Tədbir fevralın 7-də baş tutacaqdı. Amma erməni müğənni orada iştirak etməyəcək. Tenor qazandı və sopranonun tərk edilməsi istənilib”- məqalə müəllifi Loran Byuri yazıb.

 





14.01.2020    çap et  çap et