525.Az

Florian Zenqstşmid: "Turistlərlə əməkdaşlığı genişləndirməyi düşünürük"


 

Florian Zenqstşmid: "Turistlərlə əməkdaşlığı genişləndirməyi düşünürük"<b style="color:red"></b>

“Biz potensial müştərilərimiz, Azərbaycanı ziyarət edən turistlərlə əməkdaşlığı genişləndirməyi düşünürük”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid təmsil etdiyi qurumun "Experience Azerbaijan" jurnalının təqdimatında deyib.

F.Zenqstşmid deyib ki, jurnal ildə iki dəfə nəşr olunur: "Bu jurnal tam yerli məhsuldur. Mən fəxr edirəm ki, adıçəkilən jurnalı yerli redaktorların köməyi ilə nəşr etmişik. Həmçinin jurnaldakı bütün fotolar da yerli Azərbaycan fotoqraflarının çəkdiyi fotolardır. Bu jurnaldakı məlumatlar çox maraqlı və praktikdir. Bu jurnalın ilk nəşridir. Növbəti nəşr martda gözlənilir. Çünki səyahət planlamaları məhz həmin tarixlərdə olur. Növbəti nəşr isə sentyabra gözlənir".

ARB rəsmisi deyib ki, fevralın sonunda turizm portalının təqdimatı olacaq: "Bu portal vasitəsi ilə turizm planlamaları həyata keçirilə bilicək".

 





14.01.2020    çap et  çap et