525.Az

Azərbaycan turizmini dünyada tanıdan jurnalın təqdimatı keçirilib


 

Azərbaycan turizmini dünyada tanıdan jurnalın təqdimatı keçirilib<b style="color:red"></b>

Azərbaycan Turizm Bürosu tərəfindən nəşr edilən “Experience Azerbaijan” tanıtım jurnalının təqdimat mərasimi keçirilib.

Trend-in məlumatına görə, tədbirdə çıxış edən Azərbaycan Turizm Bürosunun Baş İcraçı Direktoru Florian Zenqstşmid jurnalın xarici vətəndaşlara Azərbaycan haqqında ətraflı məlumat verdiyini bildirərək, təbliğat metodu olaraq nəşrlərin rolunun mühümlüyündən danışıb.

Tədbirdə diqqətə çatdırılıb ki, 15 min tirajla yayımlanan və ölkəni beynəlxalq arenada təbliğ edən “Experience Azerbaijan” jurnalı ildə iki dəfə dərc olunur.

Jurnalda Azərbaycanın turizm potensialı, görməli yerləri, turizmin müxtəlif növləri üzrə ixtisaslaşmış məkanları, hər il keçirilən festivallar, turistlərin diqqətini cəlb edən milli bayramlar, adət-ənənələr, milli mətbəx nümunələri və s. barədə ətraflı məlumat verilir.

Yerli və beynəlxalq peşəkarlar tərəfindən hazırlanan jurnal Azərbaycanın xaricdə yerləşən bütün səfirliklərində, beynəxalq sərgi və yarmarkalarda, o cümlədən ölkəmizdə fəaliyyət göstərən əksər hotellərdə paylanılır.

Qeyd edək ki, jurnalı onlayn formada http://bit.ly/35Qn8qu keçidindən istifadə edərək pulsuz əldə etmək mümkündür.

 





14.01.2020    çap et  çap et