"Bornmut" mövsümün ilk yarısını "Qarabağ"da keçirən Asmir Beqoviçi bu dəfə "Milan"a icarəyə verib.
Qol.az xəbər verir ki, Ağdam klubu sosial şəbəkə hesabında bosniyalı qapıçıya xidmətlərinə görə təşəkkür edib:
"İtaliyanın ən titullu klubuna getmək üçün bizi seçdiyinə görə təşəkkürlər və uğurlar, Asmir Beqoviç!"
Qeyd edək ki, Beqoviç "Milan"la bu mövsümün sonuna qədər müqavilə imzalayıb.