525.Az

İlin sonunadək Britaniya və Aİ arasında azad ticarət razılaşması əldə oluna bilər


 

İlin sonunadək Britaniya və Aİ arasında azad ticarət razılaşması əldə oluna bilər<b style="color:red"></b>

Bu ilin sonunadək Böyük Britaniya və Avropa İttifaqı (Aİ) arasında azad ticarət razılaşması imzalana bilər.

APA-nın xəbərinə görə, bu barədə Böyük Britaniyanın Baş Naziri Boris Conson “BBC Breakfast”a müsahibəsində bildirib.

“Böyük ehtimalla ilin sonunadək Avropa İttifaqı ilə azad ticarət razılaşması əldə olunacaq. Burada yeni və böyük tərəfdaşlığın qurulmasından söhbət gedir. Mən çox inamlıyam. Əsas odur ki, biz yanvarın 31-də Avropa İttifaqını tərk edirik”, - deyə B. Conson qeyd edib.

Baş Nazir “Brexit”in baş tutacağı təqdirdə Londonda yerləşən “Big Ben” saat qülləsinin zənginin çalınması ilə bağlı planının olduğunu da vurğulayıb.

O qeyd edib ki, bu, 500 min funt sterlinqə başa gələ bilər: “Bu, böyük məbləğdir. Biz bu işi maliyyələşdirə bilib-bilməyəcəyimizə baxacağıq”.

 





14.01.2020    çap et  çap et