525.Az

Ukrayna təyyarəsinin “qara qutu”sunun Fransada araşdırılacağı təkzib olunub


 

Ukrayna təyyarəsinin “qara qutu”sunun Fransada araşdırılacağı təkzib olunub<b style="color:red"></b>

Fransa Mülki Aviasiya Təhlükəsizliyinin Təhqiqat və Təhlil Bürosu (BEA) Tehran yaxınlığında vurulan Ukraynanın sərnişin təyyarəsinin “qara qutu”sunun Parisdə araşdırılacağı barədə yayılan xəbərləri təkzib edib.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, qurum nümayəndəsi “qara qutu” üzərində Ukraynada çalışacaqlarını, bütün hallarda bu işin Fransadan kənarda görüləcəyini qeyd edib.

Bundan əvvəl İran Ali Məhkəməsinin sözçüsü Qulamhüseyn İsmayıli Ukrayna təyyarəsinin “qara qutu”sunun Fransaya göndərildiyini bildirmişdi.

 





14.01.2020    çap et  çap et